METBUAT.AZ

Region

Türkiyənin 32 vilayətində seçkilər başa çatdı

31 Mart 2024 17:46

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilər üzrə səsvermə prosesi ölkənin 32 vilayətində başa çatıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, bu vilayətlərdə səsvermə müddəti bir saat qabağa alınıb və yerli vaxtla saat 07:00-da başlayıb, 16:00-da başa çatıb.

Həmin bölgələr istisna olmaqla, Türkiyənin əksər vilayətlərində seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanacaq.

Xatırladaq ki, seçkilərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədlər yarışır.


metbuat.az.