29 Mart 2024 20:58
Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mətbuat.az-ın bölgə müxbiri xəvər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Qazıqumlaq kəndində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan "Land Rover" markalı minik avtomobili qəlfətən idarəetməni itirərək aşıb. Nəticədə sərnişinlər - Bərdə sakini, 1985-ci il təvəllüdlü Əsgərova Könül Zabil qızı və Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Şıxəliyeva Tamella Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev