1 Mart 2024 12:32
Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanov cəzalı duruma düşüb.
Metbuat.az xəbər verir ki, hər 2-si 1 oyunluq diskvalifikasiya olunub. Onlar, "Bayer"lə ev qarşılaşmasını buraxmalı olacaqlar. Həmçinin sarı vərəqə limitini dolduran Julio Romao da 1 oyunluq cəzaya məruz qalub.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” oyununun ilk oyunu martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də baş tutacaq.