METBUAT.AZ

Dünya

Ukrayna MDB-nin daha iki sazişindən çıxdı

9 Mart 2024 08:25

Ukrayna MDB-nin Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişindən çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib. Onun sözlərinə görə, 1991-ci il dekabrın 30-da Minskdə imzalan qərardan imtina Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.


metbuat.az.