21 Mart 2024 10:31
Daşınma yolu ilə tərkibinə qida əlavələrinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısı müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bu,Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.
Ət hazırlıqları istisna olmaqla, emal olunmamış qida məhsulları
Bal
Heyvan və ya bitki mənşəli emulsiya edilməmiş bərk və duru yağlar
Kərə yağı
Dad-aromatik maddələr əlavə edilməmiş pasterizə və strelizə edilmiş (UHT də daxil olmaqla) süd və dad-aromatik maddələr əlavə edilməmiş sadə qaymaq (yağı azaldılmış qaymaqlar istisna olmaqla)
Fermentləşdirildikdən sonra termik emal olunmamış, dad-aromatik maddələr əlavə edilməmiş süd məhsulları
Dad-aromatik maddələr əlavə edilməmiş ayran (sterilizə edilmiş ayran istisna olmaqla)
Təbii mineral sular, bulaq suyu və bütün digər qablaşdırılmış sular
Qəhvə (dad-aromatik maddələr əlavə edilmiş həll olunan qəhvə istisna olmaqla) və qəhvə ekstraktarı
Dad-aromatik maddələr əlavə edilməmiş çay yarpaqları
Şəkər
Quru makaron məmulatları, qlütensiz və (və ya) yüksək zülallı pəhriz üçün nəzərdə tutulmuş makaronlar istisna olmaqla
Körpələr və erkən yaşlı uşaqlar üçün qida məhsulları, o cümlədən körpələr və erkən yaşlı uşaqlar üçün tibbi məqsədli qida məhsulları