METBUAT.AZ

Siyasət

“Vəzifəyə təyin olunmuş gənclərimiz dövlətin etimadını doğrultmağa çalışırlar” -

11 Mart 2024 12:46

“Prezident İlham Əliyev hər zaman dövlətin inkişafının sürətləndirilməsi üçün islahatların aparılmasının vacibliyini vurğulayır. Aparılan islahatlar ölkəmizin sosial-iqtisadi vəziyyətinə müsbət təsir etməklə yanaşı cəmiyyətdə dövlətə, dövlət başçısına inamı artırıb”.

Bu açıqlamanı Metbuat.az-a milli məclisin deputatı, professor Kamilə Əliyeva edib. Millət vəkili xatırladıb ki, 2018-ci ildən başlayaraq Prezident cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi və yerli icra strukturları da daxil olmaqla bütün sahələrdə köklü islahatlara start verilib:

“Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı. V çağırış Milli Məclis özünün buraxılması və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul etdi.2020-ci ilin fevral ayında VI çağırış Milli Məclisə deputat seçkiləri baş tutdu və parlamentə təcrübəli deputatlarla yanaşı savadlı gənclərimiz də seçildi. Ölkə başçımız cənab İlham Əliyev 10 mart 2020- ci il tarixdə VI çağırış Milli Məclisin ilk iclasında ölkədə aparılan dərin islahatlar barədə ətraflı çıxış etdi.

Azərbaycanda keçirilən parlament seçkilərinı müşahidə edən bütün beynəlxalq təşkilatlar seçkilərin demokratik, tam şəffaf şəraitdə keçirildiyini qeyd etdilər. Vl çağırış Milli Məclis çoxpartiyalı parlament olaraq formalaşdı. Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiyalar seçkilərdə iştirak etmişdilər. Müxalifət partiyalarının nümayəndələrinin VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunması sübut edir ki, Azərbaycanda demokratik dəyərlərə, eləcə də siyasi münasibətlərin sağlamlaşdırılmasına böyük əhəmiyyət verilir”.

Milli Məclisdə çıxışında Prezident cənab İlham Əliyev deputatlar qarşısında böyük vəzifələrin durduğunu bildirən millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin güclənməsi və xalqın rifahının yüksəldilməsi üçün möhkəm əsasları olan qanunların qəbul edilməsi vacibdir:

“Prezident cənab İlham Əliyev aparılan kadr islahatlarında gənclərə böyük etimad göstərərək onları yüksək vəzifələrə təyin etdi. Ölkə başçımız hər zaman Azərbaycanın xoşbəxtgələcəyinin gənclərdən asılı olduğunu vurğulayır. Vəzifəyə təyin olunmuş gənclərimiz də Prezident cənab İlham Əliyevin onlara göstərdiyi etimadı doğrultmağa çalışırlar. Azərbaycanda aparılan bu köklü islahatlar ölkəmizin güclənməsinə xidmət edən amillərdəndir. Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artmaqdadır.Ölkəmiz dünyada iqtisadi,siyasi cəhətdən güclü bir dövlətə çevrilmişdir.Azərbaycanın bu inkişafını gözü götürməyən bəzi xarici qüvvələr ölkəmizdə yeni beşinci kalon yaratmaq niyyətindədir.Bu yolu tutanlar bilməlidilər ki,Vətənə, dövlətə, xalqa qarşı xəyanət ən böyük cinayətdir.

Hazırda ölkəmizdə siyasi sabitlik hökm sürür. Hər bir Azərbaycan vətəndaşı bu sabitliyi, əmin-amanlığı qorumağa borcludur. Prezident cənab İlham Əliyev tərəfindən aparılan bütün islahatlar Azərbaycan dövlətinin milli maraqlarına xidmət edir”,- sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.