4 Mart 2024 12:26
Açıq onlayn ensiklopediya olan "Vikipediya"nın Azərbaycan bölməsində bir çox hallarda texniki səhvlər, bəzi hallarda isə yanlış məlumatlarla rastlaşırıq.
Metbuat.az bununla bağlı “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk ilə danışıb.
O bildirib ki, "Vikipediya"da könüllülərdən ibarət icma fəaliyyət göstərir, onlar maksimum məqalələrə nəzarət etməyə çalışırlar.
""Vikipediya" açıq ensiklopediyadır. İnternet platformasının əsas özəlliyi odur ki, hər kəs məqalə yarada və redaktə edə bilər. Yalnız “Vikipediya”nın qaydaları çərçivəsində olmalıdır. Hansısa cümləni əlavə edərkən mütləq istinadı yerləşdirilməlidir". “Vikipediya”da hər hansı bir yanlışlığı düzəltmək və ya redaktə etmək mümkündür. “Vikipediya” bizə bu səhvləri aradan qaldırmaq üçün şərait yaradır. Məqalə yaradan və redaktə edən könüllülər tələsməməyə üstünlük verməlidirlər. Məqaləni ciddi şəkildə oxumalıdırlar. Ondan sonra məqaləni yarada bilərlər. Könüllülər məqalələrdə olan səhvləri aradan qaldırmaq daima redaktə prosesini diqqətdə saxlamalıdılar. Bu prinsiplə səhvlərə aradan qaldırıla bilər".
Ekspert qeyd edib ki, tərcümələrdə də dilimizin qaydaları qorunmalıdır:
"Bu daha çox dilimizin hansı səviyyədə bilməklə bağlıdır. Hər şəxs tərcümə edə bilməz. Yenə də tərcümə olunan məqalələr daha təcrübəli istifadəçilər tərəfindən zənginləşdirilməsi işin effektliyinin artırar".
Seyranə Quliyeva / Metbuat.az