12 Mart 2024 12:22
Bu gün Ali Məhkəmədə İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Metbuat.az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Vilyam Hacıyevin vəkili prosesə qatılmayıb. Məhkəmə buna görə prosesi qeyri-müəyyən müddətə təxirə salııb.
Xatırladaq ki, V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş beş milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.