METBUAT.AZ

Texnologiya

"Whatsapp"da videolarla bağlı

31 Mart 2024 09:01

Vatsapa yeni funksiya əlavə olunub.

Metbaut.az xəbər verir ki, bu barədə “Vabetainfo” portalı məlumat yayıb.

Məlumata görə, yeni funksiya Android əməliyyat sistemli cihazlarda aktiv olacaq. Belə ki, yüksək keyfiyyətli videolar göndərmək imkanı əlavə edilib.

İstifadəçilər indi “Məlumat və yaddaş” bölməsinə keçid edərək, messencer parametrlərində “Media yükləmə keyfiyyəti” parametrinə malikdir. Onun köməyi ilə siz standart və HD keyfiyyət seçə bilərsiniz.

Qeyd edək ki, HD keyfiyyətini seçsəniz, faylın ölçüsü 6 dəfəyə qədər böyüyəcək və göndərilməsi daha uzun çəkəcək.


metbuat.az.