METBUAT.AZ

İdman

Xankəndi - Bakı ultramarafonunun

4 Mart 2024 10:11

Bu gün Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonunun sonuncu mərhələsidir.

Metbuat.az xəbər verir ki, atletlər yarışın beşinci mərhələsinə Qobustanda start veriblər.

“Qürurla irəli” şüarı ilə təşkil edilən marafonun son günündə iştirakçılar 55 km məsafə qət edəcəklər. Yarış Bakıda başa çatacaq.

Fevralın 29-da Xankəndidə start götürən ultramarafon iştirakçıları bunadək Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) mərhələlərini başa vurublar. Yarışda hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, 380 km-dən ibarət olan ultramarafonda ümumilikdə 64 idmançı mübarizəyə başlayıb. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var. İlk dörd mərhələni bu idmançılardan 17-si başa vurub.


metbuat.az.