METBUAT.AZ

Ölkə

Xankəndidə xeyli silah-sursat tapıldı

28 Mart 2024 10:15

Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


metbuat.az.