METBUAT.AZ

Sağlamlıq

xərçəng və diabet riskini azaldır -

5 Mart 2024 15:42

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalardan qoruyur. Səhərlər bir fincan kakao içmək əhval ruhiyyəni yüksəldir, orqanizmin həyat tonusunu artırır. Onun tərkibində yaddaşı möhkəmləndirən və beyin fəaliyyətini yaxşılaşdıran maddələr var. Həmçinin kakao D vitamini ilə zəngindir.

Metbuat.az xarici mediaya istinadən kakaonun faydalarını təqdim edir:

- Ürək, iflic, xərçəng və diabet riskini azaldır

- Onun nüvəsində olan “flavanol” maddəsi beyni daha çox oksigenlə təmin edir və yaşlı insanlarda yaddaş problemlərini azaldır

- Sidikqovucu təsirə malikdir və həzmi asanlaşdırır

- Bağırsaq və sidik yollarının spazmlarını aradan qaldırır

- Məmə üzərindəki çatların və yaraların azalmasında təsirlidir

- Stimullaşdırıcı təsiri ilə yorğunluğu aradan qaldırır və bədənə canlılıq verir

- Yağ bədənə vurulduqda günəşin zərərli təsirlərini azaldır və dəri qoruyucu funksiyasını yerinə yetirir

- Kakaoda qırmızı şərabdan iki dəfə, yaşıl çaydan üç dəfə çox antioksidan var

- Kakao hipoqlikemik təsiri ilə pis xolesterolu azaltmağa kömək edir.

- Xoşbəxtlik hormonunu artırır. Bu şəkildə stress və depressiya riskini azaldır. O, həm də təbii antidepresandır

- Bağırsaqların və maddələr mübadiləsinin düzgün işləməsini təmin edir

- Yaşlanma əleyhinədir. Dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.