METBUAT.AZ

Hadisə

Yasamalda kişi

6 Mart 2024 09:54

Yasamalda dəm qazından ölüm hadisəsi baş verib.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, 1956-cı il təvəllüdlü Bayramov Zakir İmam oğlu yaşadığı Yasamal rayonu, Qədirli küçəsi 139 ünvanında vəfat edib.

İlkin ehtimala əsasən ölümə səbəb dəm qazı (qazla işləyən axar su qızdırıcısı) olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.