15 Mart 2024 17:45
2024-cü ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 8,4 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 35,2 milyon ton yük daşınıb.
Metbuat.az xəbər verir ki, yüklərin 3,6 faizi dəniz, 8,5 faizi dəmir yolu, 0,2 faizi hava, 54,7 faizi avtomobil nəqliyyatı, 33,0 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6 faiz təşkil edib.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 19,3 milyon ton yük, 257,5 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,9 faiz və 8,8 faiz artım qeydə alınıb.