METBUAT.AZ

Sağlamlıq

Yüksək təzyiq zamanı nə etməliyik? -

18 Mart 2024 10:01

Yüksək təzyiq bir sıra sağlamlıqla bağlı problemlərə yol aça bilər. Bu baxımdan təzyiq normada saxlanılmalıdır Bu hallar yarandıqda evdə tətbiq oluna bilən təbii üsullarla təzyiqi aşağı salmaq mümkündür.

Metbuat.az xarici mediaya istinadən həmin üsulları təqdim edir:

Təzyiq yüksəldikdə əvvəlcə soyuq su ilə başınızı yumaq, limonlu su və ayran içmək, sarımsaq yemək, itburnu çayı və kəklikotu suyu qaynatmaq, həmçinin banan yemək olar. Bu qidalar və təbii bitki çayları qan təzyiqini aşağı salır və yüksək təzyiqi azaltmağa kömək edir.

Qan təzyiqini aşağı salan üsullar aşağıdakılardır:

Qan təzyiqi yüksəldikdə başınızı soyuq su ilə yuyun

- Qatıq yemək və ya ayran içmək

- Limonlu su içmək

- sarımsaqdan istifadə etmək

- İtburnu çayı və kəklikotu suyunu qaynadıb içmək

- Portağal və qreypfrut kimi banan və sitrus meyvələri yemək

- Yaşıl yarpaqlı tərəvəzlər yemək

- Duz istifadənin azaldılması

- Siqaret və alkoqoldan imtina etmək

- Yuxu rejiminə diqqət yetirmək

Qanın axıcılığını tənzimləyən sarımsaq, damarları genişləndirdiyi və rahatladığı üçün həddindən artıq yüksək təzyiqin normallaşmasına kömək edir.

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.