6 Mart 2024 10:01
Zaqatalada 09.09.1986-cı il təvəllüdlü Qurbanov Rəşad yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Metbuat.az xəbər verir ki, Zaqatala RPŞ-dən rayon prokurorluğuna Zaqatala şəhəri M.Müşviq küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayan, 09.09.1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlunun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, R. Qurbanov 05.03.2024-cü il taxidə saat 01:50 radələrində yuyunmaq üçün axımlı qızdırıcısının quraşdırıldığı hamam otağına keçmiş, həmin gün saatb 06:30 radələrində hamam otağına atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.
Seyranə Quliyeva / Metbuat.az