METBUAT.AZ

Dünya

Zelenski Kulebanı vəzifəsindən kənarlaşdıra bilər -

9 Mart 2024 01:15

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası imkanını nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, bu barədə “Strana” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Kulabaya çoxlu suallar var, xüsusən də Xarici İşlər Nazirliyi tərəfindən səfirliyə namizədlərlə bağlı çoxlu şikayətlər var. Prezident aparatı ümumiyyətlə xarici xidmətdən narazıdır".

Vurğulanıb ki, əvvəlcə Kulebanın Londona səfir göndərilməsi planlaşdırılırdı, lakin sonradan bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının təyin edilməsi qərara alınıb.


metbuat.az.