METBUAT.AZ

İdman

119 illik tarixində ​"Bayer"i ilk dəfə çempion edən Xabidən açıqlama

15 Aprel 2024 22:58

"Bayer"in baş məşqçisi Xabi Alonso Almaniya çempionu olmaqları haqda danışıb.

Metbuat.az xəbər verir ki, Leverkuzen təmsilçisi ötən gün Bundesliqada çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində ilk çempionluqdur.

Xabi Alonso isə komandası ilə fəxr etdiyini bildirib: “120 ildə ilk dəfə Bundesliqanı qazanmaq xüsusi bir hissdir. Futbolçularımız əla oyun nümayiş etdirir. Mən onların hər biri ilə fəxr edirəm".


metbuat.az.