METBUAT.AZ

Ölkə

19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq

4 Aprel 2024 19:38

Sabah Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Metbuat.az-ın məlumatına görə, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 min abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


metbuat.az.