22 Aprel 2024 10:49
Ötən il aprelin 29-da məşq zamanı 2016-cı il təvəllüdlü Fərid Bakarovu öldürməkdə təqsirləndirilən məşqçi Mehman Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Metbuat.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə şikayət araşdırılacaq.
Məhkəmənin növbəti proses aprelin 25-nə təyin edilib.