8 Aprel 2024 10:17
"Sayfullo bizə Ukraynaya, Kiyevə getməyimizi tapşırdı. Orada bizə bir milyon rubl verəcəklərini dedilər".
Metbuat.az xəbər verir ki, bu sözləri Krasnoqorskdakı “Krokus Siti Holl”da terror aktının təşkilind təqsirləndirilənlərdən biri dindirmə zamanı qeyd edib.
Terror aktının təşkilində ittiham olunanlar öz koordinatorlarının adını çəkiblər.
Onların sözlərinə görə, Sayfullo onlarla əlaqə saxlayıb və hər birinə 1 milyon rubl vəd edib.
Terrorçuların dindirilməsi ilə bağlı müvafiq videosunu "Birinci Kanal" efirə verib.