METBUAT.AZ

Hadisə

AAA

19 Aprel 2024 10:02

"Biz neçə ildir qonşuyuq, O çox mehriban, sakit uşaq idi. Fikrət taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Birdən "kömək elə" səsini eşitdik. Onda da artıq gec idi".

Metbuat.az xəbər verir ki, bu sözləri "Baku Tv"yə açıqlamasında Fikrət Məmmədovun qonşuları deyib.

Qeyd edək ki, Fikrət Məmmədov yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsdə şübhəli bilinir.


metbuat.az.