METBUAT.AZ

Gündəm

AAAA

9 Aprel 2024 12:52

“Çox məşhur olan xörək duzu var, hər kəs onu alır. Ukraynadan gətirildiyi deyilir, amma Ukrayna ilə Azərbaycanın heç bir duz mübadiləsi yoxdur. Bu, Azərbaycanda istehsal olunur, təsadüfi göllərdən yığılmış duzdur".

Metbuat.az bildirir ki, bunu "Künc-bucaq" layihəsində qonaq olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, ölkədə yod defisiti xəstəliklərin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olunub:

"Qanunun 8.3 maddəsinə görə ölkənin əmtəə bazarında yodsuz duzun satışı, idxalı və ümumiyyətlə mövcudluğu qadağandır. Lakin təəssüflər olsun ki, ölkənin əmtəə bazarında yodsuz duzlar var. Xarici ölkələrdən müxtəlif adlarda duz gətirilir, lakin yodsuzdur. Bu, qanun pozuntusudur”.


metbuat.az.