METBUAT.AZ

Hadisə

Ağdamda mina partladı

7 Aprel 2024 15:17

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.