METBUAT.AZ

Hadisə

Ağdamda mina partladı,

12 Aprel 2024 15:09

Ağdamda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2024-cü il 12 aprel tarixində Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


metbuat.az.