METBUAT.AZ

Ölkə

Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə

5 Aprel 2024 14:22

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.

Metbuat.az xəbər verir ki, bunu Agentliyin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə çıxışı zamanı söyləyib.

B.Məmmədov 2023-cü il ərzində ölkə üzrə 101 dövlət tibb müəssisəsində monitorinqlərin aparıldığını bildirib: “Aparılan 613 sayda monitorinq zamanı əsas götürülən meyarlar Xidmətlər Zərfindəki tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin internetə çıxış imkanları maddi-texniki bazanın mövcudluğu və digər məsələləri əhatə edir”.

B.Məmmədovun sözlərinə görə, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim olunur.


metbuat.az.