7 Aprel 2024 19:05
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Metbuat.az DİM-ə istinadla xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.
Bundan əlavə, bir nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə əsasən imtahana buraxılmayıb.