METBUAT.AZ

Ölkə

Ananın övladı ilə bağlı yaydığı iddialara dair rəsmi açıqlama

12 Aprel 2024 00:25

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. Belə ki, ana görüntülərdə övladının narkotik istifadəçisi olması ilə bağlı fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, iddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.


metbuat.az.