METBUAT.AZ

İdman

Ançelotti gələn mövsüm üçün Arda ​​və Endrik barədə qərarını açıqladı

8 Aprel 2024 10:57

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti gələn mövsüm üçün komandanın perspektivli gənc futbolçuları Arda Güler və Endrik barədə qərarını verib.

Metbuat.az xəbər verir ki, “Real” rəhbərliyi heyətdəki yüksək rəqabət səbəbindən kifayət qədər oyun vaxtı qazana bilməyəcəyini hesab etdiyi iki futbolçunun imkanlarını müzakirə edib. Hazırda heyətdə Rodriqo, Vinisius və Brahim kimi hücumameyilli futbolçular olduğu üçün Ançelotti Kilian Mbappenin də kluba qoşulmasından sonra Arda və Endrikə şans verməyəcəyini qeyd edib. İcarə əsasında kluba cəlb edilən Joselunun da alınması gündəmdədir.

Məlumata görə, praqmatik məşqçi olan və kritik anlarda özünü sübut edən oyunçulara güvənməsi ilə tanınan Ançelotti, Arda Güler və Endrikin icarəyə göndərilməsi barədə qərar verib.


metbuat.az.