METBUAT.AZ

Hadisə

Antiterror əməliyyatında yaralanan zabitimiz şəhid oldu

7 Aprel 2024 19:35

Antiterror əməliyyatında yaralanan zabitimiz şəhid olub.

Metbuat.az xəbər verir ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!


metbuat.az.