METBUAT.AZ

Texnologiya

“Apple” teleqramı bloklamağa başladı

12 Aprel 2024 08:25

“Apple” bütün cihazlarda Safari brauzerində teleqram domenini (t.me) bloklamağa başlayıb.

Metbuat.az xəbər verir ki, Safari brauzerinin mobil versiyası teleqrama aparan keçidi izləməyə çalışarkən təhlükəli resurs barədə xəbərdarlıq edən qırmızı banner yükləyir. Bu xəbərdarlığı da ötürmək mümkün deyil.

Safarinin macOS versiyasında teleqrama keçidlər sadəcə yüklənmir. Bu problemin nədən qaynaqlandığı barədə məlumat verilmir.


metbuat.az.