2 Aprel 2024 13:47
Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər daimi işlə təmin edilib.
Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.
Onun sözlərinə görə, indiyədək təxminən 5000-dən artıq keçmiş məcburi köçkün öz yurduna qayıdıb:
“Geri qayıdan vətəndaşların demək olar yarısı, təxminən 2500-dən çox insan əmək qabiliyyətli şəxslərdir. Onların həmin ərazilərdə öz həyatlarını qurmaları üçün məşğulluqları təmin edilməlidir”.