METBUAT.AZ

İdman

Azərbaycan bilyardçısı Avropa çempionu oldu

17 Aprel 2024 18:28

Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasından məlumat verilib. Bildirilib ki, idmançı 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.

Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb.

Bununla da Azərbaycan yığması turniri iki medalla başa vurub.


metbuat.az.