8 Aprel 2024 18:44
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 1,6 milyon tona yaxın neft emal edilib, bu da illik müqayisədə 5,9% azdır.
Metbuat.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 1,7 milyon. ton neft emal olunub.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.