METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

4 Aprel 2024 09:55

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dolları, yaxud 0,87 % artaraq 92,65 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 89,35 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.


metbuat.az.