19 Aprel 2024 09:40
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,3% və ya 3,02 ABŞ dolları azalaraq 88,51 dollar təşkil edib.
Xatırladaq ki, ötən gün “Azeri Light” 91,53 dollara ticarət edilib.