METBUAT.AZ

Siyasət

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a

24 Aprel 2024 14:08

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə mətbuata bəyanatında bildirib.

“Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.


metbuat.az.