8 Aprel 2024 11:41
Beyləqanda fəhlə aparan avtobus aşıb.
Mətbuat.az-ın məlumatına görə, hadisə səhər saatlarında baş verib. Zəngilandan gələn "İSUZU" markalı avtobusun sürücüsü idarəetməni itirib və avtobus yolun kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində avtobusda olan 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı Metbuat.az-a təsdiqləyib.