METBUAT.AZ

Hadisə

Azərbaycanda general-mayor vəfat etdi

26 Aprel 2024 08:46

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.

Metbuat.az İqtisadiyyat.az-a istinadən bildirir ki, bu barədə onun ailəsi məlumat verib.

Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.


metbuat.az.