METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda ictimai iaşə dövriyyəsi 7% artıb

15 Aprel 2024 13:56

2024-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,7% artaraq 452,1 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəs məlumat yayıb.

Qeyd edək ki, bu dövrdə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51%-i hüquqi şəxslərin, 49%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.


metbuat.az.