METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda neft kəmərlərində itkilər xeyli artıb

17 Aprel 2024 13:00

Ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ildə respublika üzrə neft kəmərlərində itkilər 2,9 min ton təşkil edib.

Qeyd edək ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur.


metbuat.az.