1 Aprel 2024 18:03
2024-cü il aprel ayının 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 1.3% və ya 264.6 milyon manat artaraq 20 milyard 396.4 milyon manata yüksəlib.
Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2.3% və ya 478.8 milyon manat azalıb, son 1 ildə isə 15.3% və ya 2 milyard 707.5 milyon manat artıb.