15 Aprel 2024 15:34
2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6 kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 % artıb.
Metbuat.az Dövlət Statistika Komitəsinin cari ilin yanvar-mart ayları üzrə hesabatına istinadən xəbər verir ki, qeyd olunan dövrdə ölkədə 839.8 kq gümüş istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.8 % artım deməkdir.
Qeyd edək ki, hazırda Azərbaycanın 196,8 kq qızıl, 507.4 kq gümüş ehtiyatı var.