METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb

30 Aprel 2024 17:47

2024-cü ilin yanvar-mart aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 545,9 milyon manat dəyərində əməliyyat aparılıb.

Metbuat.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1% və ya 6 mln. manat azdır. Belə ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 551.9 mln. manat təşkil edib.

Qeyd edək ki, yalnız mart ayında isə 173,7 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.4% azdır.


metbuat.az.