METBUAT.AZ

Turizm

Azərbaycandan turist axını bu qədər artıb

23 Aprel 2024 13:52

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb.

Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib. Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.


metbuat.az.