5 Aprel 2024 11:33
Bu ilin yanvar-mart aylarından bu günə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 81 330 müraciət daxil olub.
Metbuat.az xəbər verir ki, bunu İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Xalid Şimşəyin sözlərinə görə, müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 829 müraciət azalıb.
Qeyd olunub ki, 2024-cü ildə qaz təzyiqi ilə bağlı 3 734 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 473 müraciət az təşkil edir.
Qurum rəsmisi deyib ki, müraciətlərin azalmasına səbəb bu sahədə aparılan geniş maarifləndirmə ilə bağlıdır.
Gülbəniz Hüseynli / Metbuat.az