METBUAT.AZ

Gündəm

"Azəriqaz"dan əhaliyə

5 Aprel 2024 12:06

2024-cü ilin yanvar-mart aylarında dəm qazından zəhərlənmə ilə bağlı faktların sayı 25 olub.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov edib.

“Yanvar ayında dəm qazından yeddi ölüm hadisəsi baş verib. Onun altısı həyət evi, biri bina evində qeydə alınıb. Hadisənin beşi vanna otağında qaz qurğusunun düzgün çalışmaması səbəbindən baş verib.

2024-cü ilin fevral ayında dəm qazından 14 ölüm hadisəsi baş verib. Hadisənin 12-si həyət evində qeydə alınıb. Dəm qazından zəhərlənmə faktları üzrə qeydə alınan hadisələrin sayı mart ayında dörd olub. Ümumilikdə, üç ay ərzində qeydə alınan 25 hadisənin 23-ü vanna otağında qaz cihazları və tüstü bacasının istismar qaydalarına cavab verməməsi səbəbindən yaranıb”.

“Azəriqaz” rəsmisi qeyd edib ki, texniki müayinələr zamanı vanna otaqlarında parametrlərin uyğun olmaması halları da aşkar edilən texniki nasazlıqlara aiddir:

“Abonentlərə müraciətimiz odur ki, onlar qaydalara əsaslanaraq, texniki müayinələrin icrasına şərait yaratsınlar. Biz, Nazirlər Kabinetinin təqdim etdiyi qaydalara əsasən bu müayinələri həyata keçiririk. Texniki baxışlarda abonentlərin təhlükəsizliyi əsas üstünlük sayılır”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.