METBUAT.AZ

Ölkə

Bakı metrosunda qatarda problem yarandı -

4 Aprel 2024 10:35

Bakı metrosunda qatarda problem yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Belə ki, "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb. Qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb.


metbuat.az.