2 Aprel 2024 14:46
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin mart ayı ərzində Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında isə14 aptek olmaqla, ümumilikdə 15 aptekdə yoxlama aparılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.
Qeyd edilib ki, yoxlamalar zamanı 3 aptekdə nöqsan aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.10, 452.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.