18 Aprel 2024 16:03
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.